image-1backend

Əhmədlidə hərbi sursatlar aşkarlanıb – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Vətəninfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik zenit artilleriya yivli top mərmisi, 1 ədəd 14,5 mm-lik mərmi, 5 ədəd 7,62 mm-lik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 mm-lik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 mm-lik atıcı silah mərmisi, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd AK-74 güllə darağı olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki