image-47backend

Ekvadorda etiraz nümayişləri zamanı saxlanılanlar var

image-reklam_sirab_01

Ekvadorda hökumətin iqtisadi siyasətinə qarşı etiraz nümayişləri zamanı 37 nəfər saxlanılıb.

Veteninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Aleksandra Vela bildirib.

Onun sözlərinə görə, bir qrup şəxs “Konstitusiya və Cinayət Məcəlləsi ilə bir araya sığmayan hərəkətlər”inə görə saxlanılıb.

Nümayişlər əksər hallarda dinc şəkildə keçsə də, paytaxt Kuitonun mərkəzində bəzi etirazçılar polisə daş və taxta atıb, asayiş keşikçiləri də bibər qazı tətbiq ediblər.

Xatırladaq ki, həmkarlar ittifaqları və ictimai birliklərin təşəbbüsü ilə keçirilən kütləvi etiraz aksiyaları Prezident Gilyermo Lasso hökumətinin keçirəcəyi vergi və əmək islahatlarına, habelə yanacağın bahalaşmasına qarşı yönəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki