image-razibackend

“Elə deputat var ki, ona heç bu maaş çatmır”-MÜXALİF DEPUTAT DİLƏ GƏLDİ

image-reklam_sirab_01

 

 

“Deputatın aldığı əmək haqqı yüksək görünə bilər, amma onun xərcləri çoxdur”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki, çünki millət vəkilləri vətəndaşları qəbul edir, görüşə gedir, ehtiyacı olana kömək edir:

“Hər bir deputat bir ay ərzində onlarla insana köməklik edir. Bu da o, deməkdir ki, artıq deputatların əmək haqlarının yarısı yoxdur. Bu baxımdan, düşünmək olmaz ki, deputat aldığı əmək haqqını cibinə qoyur. Elə deputat var ki, ona heç bu maaş çatmır. Bilirsiniz ki, insanlar deputatlara müraciət edirlər və bu insanların arasında kimsəsizlər, şəhid ailələri olur. Deputat şikayətçinin qapısını döyürsə, ora əliboş getmir. Orada xəstə olanlar da var”.

R.Nurullayev əlavə edib ki, deputatlar vicdanları qarşısında hesabat verərək bunu edirlər:

“Məsələn, mən bunu edirəm. Nəticədə həmin alınan əmək haqqı bir ayda sənin etdiklərinin tamamını ödəmir. Vətəndaşlara kənardan, təbii ki, deputatın maaşı yüksək görünür. Burada bir məntiq var. Vətəndaşların aldıqları məbləğin, qazanclarının fonunda deputatın maaşı böyük görünür. Xeyli deputat xalqın səsini, problemlərini tribunadan səsləndirir. Axı çox məsələlər həll olunur. Məsələn, mən hər gün ən azı 4-5 Azərbaycan vətəndaşının problemini aidiyyəti qurumlarla bərabər həll edirəm. Hər gün belə nəticələr olur. Ona görə də, qısqanclıqla yanaşmağı doğru saymıram. Milli Məclisin şöbələri, deputatlar komitələrdə, komissiyalarda gecə-gündüz işləyirlər. Bütün bunlar nə qədər əziyyətlə başa gəlir, sonra sessiyalarda müzakirəyə çıxarılıb qəbul olunur. Nə edirsənsə et, amma bizim vətəndaşlarımız nədənsə özlərinin bütün sosial problemlərində, işsizliklərində, hər bir məsələdə parlamenti günahkar bilirlər. Hər şey parlamentdən asılı deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image