Milli Məclisin bəzi deputatları oktyabrın 18-i Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif ediblər.
Veteninfo.az xəbər verir ki, deputatların təklifinə münasibət bildirən parlamentin sədrinin birinci müavini Əli Hüseynli bu məsələnin Əmək Məcəlləsinin predmetinə aid olmadığını deyib.
O qeyd edib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik sadəcə texniki xarakterlidir, yəni bayramların adı digər qanunvericiliklərə uyğunlaşdırılıb: “Məcəllədə bayram günləri ifadəsi işlədilib. Komitədə bu məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq”.