image-modern-az-25-06-2021-1624614884backend

Əli Hüseynli: Vəkillərin etirazı ilə bağlı müzakirələr keçiriləcək

image-reklam_sirab_01

“Mülki Prosessual Məcəlləsində dəyişikliklər bu il oktyabrın 1-də qüvvəyə minməlidir, ona görə də qısa müddətdə növbədənkənar sessiyada bu qanunu qəbul etməliyik”.

Veteninfo.az  xəbər verir ki,  bunu Milli Məclisin iclasında birinci oxunuşda Mülki Prosessual Məcəlləsində dəyişikliklərin təqdimatı zamanı birinci vitse-spiker Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, bəzən vəkillər məhkəmə prosesinin müxtəlif mərhələlərində sübutlar təqdim etməklə prosesi uzadırlar:
“Ona görə də sübutlar hazırlıq mərhələsində təqdim edilməlidir və layihədə bu məsələ nəzərdə tutulub. Məqsəd məhkəmə prosesinin uzadılmasının qarşısını almaqdır”.
Parlamentin komitə sədri bildirib ki, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:

“Bununla bağlı narazılıqlar var, xüsusən vəkillər narazılıqlarını bildirirlər. Digər qanunvericilik aktında indiyə qədər belə hallarda bağlı 55 manat cərimə onsuz da nəzərdə tutulmuşdu. Narazılıq əsasən 500 manat məbləği ilə bağlıdır. Bu narazılıqların aradan qaldırılması üçün ikinci oxunuşa qədər vəkillər və deputatların iştirakı ilə bağlı müzakirələr keçiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki