image-275168200_503278901283849_1265308056775542798_nbackend

Əməkdar artist Vasif Məhərrəmli də məhkəmə qarşısına ÇIXARILDI

image-reklam_sirab_01

Müğənni, Əməkdar artist Vasif Məhərrəmli dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəməyə çağırılıb.

Veteninfo.az-ın xəbərinə görə, V.Məhərrəmli bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilib.

Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image