Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranla bağlı müharibə və bölgədəki gərginlik barədə açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, Türkiyə regionda müharibənin tərəfdarı deyil və sülhün təmin olunmasını istəyir. Türkiyə prezidenti İsraili müharibənin əsas təhrikçisi və əsas aktoru olmaqda ittiham edib.
“İsrail davamlı olaraq müharibəni təşviq edib və həmişə müharibə variantının tərəfdarı olub”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, İsrailin müharibə tərəfdarı mövqeyi digər ölkələr üçün də ciddi nəticələrə səbəb olub və həmin dövlətlər bunun nəticəsində “olduqca ağır bədəllər” ödəyiblər. Ərdoğan Türkiyənin bölgədə yeni müharibələrin qarşısının alınmasını və problemlərin sülh yolu ilə həll edilməsini dəstəklədiyini vurğulayıb.


























