image-1backend

Ərdoğan nazirlər kabinetində və hakim partiyada dəyişiklik edə bilər – Hürriyet

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli hakimiyyət seçkilərində uduzduqdan sonra hakim “Ədalət və İnkişaf” partiyasının kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.

Çərşənbə axşamı Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəhbərliyi ilə görüşüb. Bir müddət əvvəl Türkiyə başçısı bəyan etmişdi ki, partiya yerlərdə boşluqlar səbəbindən yerli seçkilərdə istənilən nəticəni əldə edə bilməyib, nəticələr təhlil olunacaq.

“Bundan başqa, dəyişikliklər gecikmədən partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı da aparılmalıdır. Bəzi köhnəlmiş nazir və vitse-prezidentlərin dəyişilməsi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, o zaman bu dəfə gözləntilər məyusluğa çevrilə bilər”, – hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yazır.

Martın 31-də Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, Türkiyənin müxalif Xalq Cümhuriyyət Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki