“Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin (Zəngəzur dəhlizi – red.) reallaşması strateji məsələdir və mütləqdir”.
Bunu Naxçıvana səfərdən geri dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Zəngəzur dəhlizindən danışan Ərdoğan qeyd edib ki, bu güclü bağ sayəsində bir çox məsələdə qət olunan məsafə daha da artırılacaq: “Bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”.