image-1-124backend

Erməni deputat: “Azərbaycan Ordusu Laçın dəhlizinin yaxınlığında post qurub”

image-reklam_sirab_01

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan maraqlı bir iddia ilə çıxış edib. Vətəninfo.az xəbər verir ki, deputat Azərbaycan Ordusunun Laçın dəhlizinin bir neçə yüz metrliyində özünə mövqe qurduğunu deyib.  

O qeyd edib ki, Ermənistan hökuməti “Laçın dəhlizi” ətrafında dərinləşən problemi gündəmə gətirib. “İirəvanda düşünürlər ki, Azərbaycan yaxın vaxtlarda ya onu bağlayacaq, ya da orada nəzarət-buraxılış məntəqəsi quracaq”.

Abramyan bildirib ki, Laçın şəhəri, Zabux qəsəbəsi və Sus kəndinin Azərbaycanın nəzarətinə keçməsindən sonra Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin marşrutunun dəyişməsi, nəticə etibarı ilə özünün dəhliz mahiyyətini itirib. “Hazırda bu yol məhəllə yolundan başqa heç bir əhəmiyyətə malik deyil. Ermənistan hökuməti isə adekvat təminat olmadan marşrutun dəyişdirilməsinə razılıq verməklə, ermənilərin yaşadığı məntəqələrin taleyini sual altına qoyub”.

Erməni deputat vəziyyətin kritik olduğunu deyib. “Hətta Ermənistan hökuməti də etiraf edir ki, “Laçın dəhlizi”nin 10 noyabr üçtərəfli bəyannaməyə əsasən müəyyən edilmiş 5 km-lik “bufer zona”sı qorunmur. Artıq Aazərbaycan Ordusu dəhlizin çox yaxınında özünə mövqelər qurub. Bəzi yerlərdə bu yaxınlıq gözlə görüləcək səviyyədədir”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image