image-1backend

Erməni ekspert: “Paşinyanın açıqlamaları son dərəcə təhlükəlidir” 

image-reklam_sirab_01

“Nikol Paşinyan odla oynayır. Bu açıqlamalar olduqca təhlükəlidir.”- Vətəninfo.az xəbər verir ki, bu fikirləri erməni ekspert Qriqor Balasanyan “Postinfo”ya müsahibəsində bildirib.

Ekspert bildirib ki, Nikol Paşinyanın Ermənistanın KTMT-nin fəaliyyətində iştirakını dayandırması ilə bağlı açıqlamaları siyasi savadsızlıqdır.

Balasanyan deyib: “Qaynayan bölgədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təskilatında iştirakının dayandırıldğını açıqlamaq o qədər də yaxşı fikir deyil. Çünki yaxşı və ya pis, əgər təşkilatın üzvüsünüzsə, yenə də yaxşı ya pis qorunursunuz və bu, mühafizə səviyyəsini necə artırmağınızdan asılıdır. Ancaq o günlərdə, Azərbaycanın hücuma hazır olduğunu və Ermənistanın da Azərbaycana hücum etmək niyyətində olduğunu bəyan etdiyi saatlarda belə açıqlamalar vermək olduqca qəribədir!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki