image-aksbackend

Erməni faşizminə son qoymuş qələbə

image-reklam_sirab_01

 

Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək olmuşdur. Və buda danılmaz faktdır ki coğrafi mövqe ,strateji üstünlüyü baxımından Qarabağ böyük bir xəzinəydi.Təəssüf ki arada itən 27-28 ildə Qarabağın bağrı bizsiz solub .Amma görülən quruculuq və abadlıq işləri göstərir ki heç də təəssüflənməyə dəyməz .Cənab Prezident  İlham Əliyevin də deyimi ilə “Biz buranı abadlaşdıracağıq “.  Bütün bu törədilən hadisələr ,məkirli siyasət  düşünülmüş surətdə törədilmiş cinayət və soyqırımdır. Azərbaycanın  Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi  vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş bir terrordur.

 

Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına  görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni təşkil edirdi .
Rus tədqiqatçıları N.N. Şavrov və V.Veliçko ermənilərin ruslar tərəfindən XIX-XX əsrin əvvəllərində Qafqaza, o cümlədən Qarabağa gətirilib yerləşdirildiyini yazırlar.
Rusiyanın bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Ermənilər öz çirkin niyyətlərini ilk dəfə 1905-1906-cı illərdə açıq biruzə verməyə başladılar. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı. Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, ermənilər təpədən dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər  tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah  sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.

Bu və bu kimi digər əsaslı səbəblər “arxalı çaqqalların “azğınlaşmasına və daha böyük terrorların ,qırğınların yaranmasına səbəbiyyət verdi .Heç şüphəsiz onlar öz məkirli əməllərindən əl çəkmirdi ,lakin qarşılarında igid Türk oğullarının olduğunuda unutmurdular .Məs bu səbəbdən Türk adı gələndə səngərləri lərzəyə gəlirdi .Çünki onlar Türkün gücünə yaxşı bələddirlər .  Ermənilərin törətdiyi qırğınlarda da  Yuxarı Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilmişdir. Buna baxmayaraq burada yaşayan azərbaycanlı əhali igid Azərbaycan oğulları ilə birlikdə Yuxarı Qarabağın müdafiəsinə qalxmış və bu bölgənin mənfur düşmənlərin hücumlarından qorumuşlar.

 

Təəssüratlar, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm. Bəlkə, daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb”.bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq”, – dövlət başçısı vurğulayıb.

 

Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Ümid edək ki biz bir daha bu cür murdar düşmənlə qarşı-qarşıya gəlmərik yox əgər onlar bir daha cürət etsələr necə ki indi dəmir yumruğun gücünü ilə qarşılaşdılar yenə bundan da böyük ultimatium ilə qarşılaşacaqlar .Nə qədər ki dəmir yumruq var ,Azərbaycanın mərd oğulları var bu ölkə “arxalı çaqqallar”həddini və yerini kifayət qədər sərt göstərəcək .

Mənim üçün böyük bir qürur və şərəfdir ki mən bu məqaləni məhs “İkinci Qarabağ müharibəsindəki qələbəmizin”il dönümünün 11 ci günün də qələmə alıram.Daha böyük qələbələrə …

Ermənilərin törətdiyi bu son təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təxribatları haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollaradan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdülür Paşinyanın rəhbərlik etdiyi ermənistan hakimiyyəti tərəfindən yönləndirilən təxribatçı erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və bu hərəkətlər davam etməkdədir. Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini nümayiş etdirir.

Təbii ki Dəmir yumruğun acısı canlarından çıxmamış murdarlardan belə reaksiya gözləniləndir .Amma bu acı həqiqət onların qorxulu yuxusu olmağa davam edəcək nə qədər ki qüdrətli Azərbaycan  var ,nə qədər ki düşməni lərzəyə salan Dəmir Yumruq ,qüdrətli Azərbaycan ordusu var bu ölkə hələ çox qarayaxma kompaniyasını böyük ustalıqla dəff edəcək

 

BAKI Slavyan Universiteti

Baxşiyeva Səbinə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki