image-1backend

Erməni iş adamı “Everton” klubunu almaq istəyir

image-reklam_sirab_01

Londonda yaşayan iş adamı Vaçe Manukyanın rəhbərlik etdiyi konsorsium İngiltərənin “Everton” futbol klubunu almaq uğrunda mübarizəyə qoşulub.

Vətəninfo.az xəbər verir ki , bu barədə “The Guardian” yazır.

Vaçe Manukyan “Everton”u almaq üçün 400 milyon funt-sterlinq təklif edərək ABŞ və Körfəz ölkələrindən investorları cəlb edib.

İngiltərə klubunun alınması prosesində Vaçe Manukyandan başqa, MSP Sports Capital-ın sahibləri, həmçinin britaniyalı biznesmenlər Endi Bell və Corc Dauninq də iştirak etmək istəyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki