image-xacikbackend

Erməni keşiş Xudavəng ziyarəti  üçün Azərbaycana təklif irəli sürüb

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 44 günlük müharibədən sonra,Azərbaycanın Rus sülhməramlı kontingentinin nəzarəti altındakı Xankəndi vəbir neçə yaşayış məntəqəsində mövcud olan separatçıların dini nümayəndəsi,eyni zamanda Erməni Apostol Kilsəsi tərəfindən Xankəndiyə təyin olunan yepiskop Vrtanes Abramyan bildirib ki, onun  rəsmi Bakıya bir təklifi vardır.

Xankəndində mətbuat nümayəndələrinə aşıqlamasında Vrtanes Abramyan  deyib ki, hazırda Rus sülhməramlı qüvvələrinin nəzarəti altında qalan kəndlərin birində ziyarətgah mövcududr. Azərbaycanlılların həmin ziyarətgahı ziyarət etmələri üçün Erməni Apostol Kilsəsi  sülhməramlı kontingentlə danışıqlar apara bilər.Amma bunun müqabilində rəsmi Baskı da Xudavəng manastırında ermənilərin dini ainlər keçirməsinə icazə verməlidir.

Vrtanes Abramyan  onu da bildiirb ki, Xudavəng monastırında ainlərin keçirilməsi üçün artıq sülhməramlılarla danışıqlara başlayıblar:

“Rusiya sülhməramlıları noyabrın 14-dən Xudavəngdədərilər.Hətta o zaman biz monastıra həcc ziyarəti ilə bağlı danışıqlara başlamışdıq, onları ayda bir dəfə təşkil etmək istəyirdik, amma komandir (Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov nəzərdə tutulur – red.) ) Həftədə bir dəfə edilməsini təklif etdi.Keçən ilin noyabr ayından etibarən biz hər bazar günü monastıra səfərlər təşkil etdik.Bu il mayın 2-də azərbaycan tərəfindən həcc ziyarəti qadağan edildi”.

Onun sözlərinə görə, noyabrdan may ayına kimi Azərbaycan tərəfi maneələr qoyub – əvvəlcə zəvvarların məlumatlarını tələb edib, sonra isə pandemiya və s. Ermənistan tərəfinin monastırı ziyarətindən imtina etmədiyini görən azərbaycanlılar nəhayət ki, ziyarətə qadağa qoyublar.

Təxribatçı ruhaninin sözlərinə görə, bu, azərbaycanlıların Qarabağda daha geniş olmasının nəticəsi idi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki