image-1backend

“Ermənistan KTMT-dən çıxsa…”-Qaluzin İrəvanı HƏDƏLƏDİ

image-reklam_sirab_01

Rusiya tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki iştirakçısını təmas xəttində maksimum təmkinli olmağa çağırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Sərhəddə baş vermiş insidentlə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi qarşılıqlı təmkinli olmağa çağırırıq ki, heç bir insident baş verməsin, xüsusilə də atışma, insan tələfatı və yaralanmalar olmasın. Təbii ki, belə hadisələr Ermənistan-Azərbaycan nizamlanmasının irəliləməsi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz”, – Qaluzin bildirib.

Ermənistanın KTMT-dən çıxması məsələsinə toxunan rusiyalı diplomat qeyd edib ki, təşkilata üzvlük ilk növbədə Ermənistanın maraqlarına cavab verir.

“Bizim fikrimizcə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin obyektiv alternativi yoxdur. KTMT-yə üzv ölkələr həmişə İrəvanı dəstəkləməyə açıq olublar və belə də qalırlar. Vaxtilə Ermənistana hərbi-texniki xarakterli tədbirlər, profilli kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı rayonlara KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilmişdi. Amma təəssüflər olsun ki, həmin mərhələdə həmin ideya və təkliflər bəyənilmədi və həyata keçirilmədi”, – Rusiya Federasiyasının xarici işlər nazirinin müavini bildirib.
Qaluzin bir daha vurğulayıb ki, Cənubi Qafqazın gələcəyini ABŞ, Fransa və ya Avropa İttifaqı deyil, region ölkələri həll etməlidir. O, Ermənistanı Qərb qüvvələrini regiona cəlb etmək meylində ittiham edib.

“Qərbin Zaqafqaziyada maraqları Azərbaycanla münasibətlərin tənzimlənməsində, sülh və sabitliyin əldə olunmasında Ermənistana kömək etməklə deyil, Rusiyanı o prosesdən sıxışdırıb çıxarmaq və onun sərhədlərinin bilavasitə yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqla bağlıdır. Bununla belə, biz gözləyirik ki, İrəvan KTMT ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa və həmin təşkilatın gündəliyində duran məsələlər üzrə siyasi və ekspertlər səviyyəsində konstruktiv, effektiv və mənalı müzakirələrə qayıtsa, bir o qədər yaxşıdır”, – Rusiya xarici işlər nazirinin müavini vurğulayıb. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki