image-resize-4backend

Ermənistan Müdafiə Nazirliyindən hədə bəyanatı: “Məsələni zor da daxil olmaqla…”

image-reklam_sirab_01

“Sərhədə əlavə hərbi qüvvələr cəlb olunub”.

Veteninfo.az  xəbər verir ki, Ermənistan mediasının yaydığı xəbərə görə, bu məlumatı mayın 19-u Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda sərhəd bölgələrində vəziyyətin ciddi şəkildə dəyişmədiyi bildirilir.

“Azərbaycan hərbçilərinin mümkün təchizat yolları erməni qüvvələrinin tam nəzarəti altında qalır. Silahlı Qüvvələrin əlavə bölmələri azərbaycanlıları nəzəri cəhətdən də hər hansı bir hərəkət etmək fürsətindən tamamilə məhrum edib. Buna baxmayaraq, vəziyyəti həll etmək üçün aparılan danışıqlar hələ də qüvvədədir.

Müdafiə Nazirliyi mövcud vəziyyətin sülh yolu ilə həll olunacağına ümid edir. Eyni zamanda, əvvəllər də qeyd edildiyi kimi, ağlabatan bir müddətdə sülh yolu ilə həll edilmədiyi təqdirdə, Ermənistan Silahlı Qüvvələri məsələni zor da daxil olmaqla, fərqli bir şəkildə həll etmək hüququnu özündə saxlayır”, – deyə məlumatda vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki