image-imagesbackend

Ermənistanın acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir.

image-reklam_sirab_01

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə bundan sonrakı mərhələdə gələcək naminə yeni əməkdaşlıq gündəliyinin müəyyən olunmasını vacib sayıb.Cənab Prezident mötəbər beynəlxalq tədbirdə mühüm mesajlar verib: “Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır..
Heç kimə sirr deyil ki, populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etmiş və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməyə çalışmışdır. Ölkədə hal-hazırda da siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi isə öz hakimiyyət müddətini uzatmaqdır. Artıq reallığı dərk etməyə başlayan erməni mütəxəssisləri Ermənistanın daxili və xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu anlayır və Paşinyanın siyasi gələcəyinin şübhə altında olduğunu qəbul edirlər.
Nikol Paşinyan sadəcə siyasi müstəvidə deyil, eyni zamanda sosial müstəvidə də sınaq qarşısındadır. Ermənistan əhalisinin böyük hissəsinin narazılığının digər bir vacib səbəbi də koronavirus pandemiyasına qarşı dövlət tərəfindən aparılan yetərsiz mübarizədir. Əhalisi cəmi 2 milyon 961 min nəfərdən ibarət olan Ermənistanda yeni növ koronavirusa yoluxma sayı 18 min 33 nəfər, virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 8 min 52 nəfərdir. Qeyd edək ki, əhalisinin sayı 10 milyon 140 min nəfər olan ölkəmizdə bu rəqəmlər müvafiq olaraq, 10 min 991 nəfər və 4 min 783 nəfərdir. Beləliklə, əhalisinin say nisbəti 3 dəfədən çox olan iki ölkə arasında virusa yoluxma və virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı demək olar ki 2 dəfə fərq təşkil edir. Bu Ermənistan üçün həyəcan təbilinin çalındığının göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir”. 44 günlük Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb: “Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Hazırda regionumuzun inkişafı üçün geniş imkanlar açılıb. Qonşu ölkələr regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Azərbaycanın Ermənistanla arasında əlaqələrin normallaşmasında maraqlı olduğunu bəyan edib: “30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan edirdi ki, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcək. Ermənistanı vaxt itirdi. Təsadüfi deyil ki, Ermənistanın müstəqillik qazandığı zaman ilə müqayisədə vəziyyəti hazırda daha ağırdır. Ermənistan altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir, cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfər Ermənistanın işğalçı siyasətinə son qoydu.

Nəsimi rayon gənci
Bəhruz Xudiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki