image-img-20210601-wa0002backend

“Əsgərə xatirə” layihəsi bu dəfə Şəkidə

image-reklam_sirab_01

“Əsgərə xatirə” layihəsi çərçivəsində növbəti tədbir Şəki şəhərində baş tutub. “İgid yadigarları” Xarıbülbül adı altında reallaşdırılan festivalda millət vəkilləri, ictimayyət nümayəndələri və bir sıra qonaqlar iştirak edib.

Layihə rəhbəri Nuranə Şıxaliyeva tədbir barəsində qonaqlara ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində Oğuz, Zaqatala, Balakən, İsmayıllı, Şamaxı və Biləsuvarda da tədbirlər keçirilib, 50-yə yaxın qazi və şəhid ailələri və onların övladları üçün çoxsaylı sovqatlar paylanılıb. Şəkidə təşkil olunan festival da bu tədbirlərin davamıdır.
Daha sonra çıxış edən Vüqar İskəndərov qeyd edib ki, vətən müharibəsində iştirak etmiş hər bir qazi xalqın ürəyində böyük sevgiyə layiqdir. Eləcə də gözlərini qırpmadan ölümün üzünə dik baxan, canlarından keçən şəhidlərimiz də əbədiyyən hər birimizin ürəklərində yaşayacaq, yaşadılacaq. O cümlədən, onların övladları da Azərbaycanın gələcək qəhrəmanları kimi həyata doğru addımlarını atacaqlar. Millət vəkili bildirib ki, Azərbaycan xalqının Müzəffər Sərkərdəsi, Prezident və Ali Başa Komandan İlham Əliyev cənabları da qazilərimizlə, şəhid aiələri ilə görüşlərində daim vurğulayır ki, onların hər biri dövlətin davamlı diqqət və qayğısında olacaqlar. Bu layihənin məqsədlərindən biri də budur ki, igidlərimizin bizlərə qoyduqları yadigarlarımızı göz bəbəyimiz kimi qoruyaq, onların qayğısına qalaq.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev isə qeyd etib ki, həb birimizin qəlbində döyünən qələbə və zəfər əzmi, zəfər sevinci hədsiz sevinc və fəxarət hissi ilə birgə yaşanmaqdadır: “Bu gün hər bir gənc və yeniyetmə bilməlidir ki, onlar sabahın Vətən müdafiəçiləridirlər. Vətənin uğrunda mübarizə aparmaq heç də asan deyil, lakin xalqımızı bir yumruq şəklində birləşdirən Liderimiz, cənab Ali Baş Komandan xalq-dövlət birliyi faktorunu öz qətiyyəti ilə həyata keçirməklə Vətən müharibəsində əldə edilən qələbəmizə imza atmış oldu. Bu gün isə hər birimiz qazilərimizə, şəhid ailələrimizə, onların övladlarına göstərilən dövlət qayğısından nəticə çıxararaq öz təşəbbüslərimizi də irəli sürməklə fəaliyyətimizi davam etdirməliyik və edirik. Bu işdə hər kəsə uğurlar arzu edirəm”.
Festival tədbiri bədii hissə ilə davam etdirilib. Bədii hissədə Beynəlxalq Muğam Festivalının və “Avans” müsabiqəsi Qrab prisinin qalibi, fəal və vətənpərvər gənc Kənan Bayramlı və Azərbaycanın səsi, eləcə də Türkvision-nun qalibi olmuş Nuray Rəhmanqızı qonaqlar üçün ifa ediblər.
Tədbirin sonunda şəhid və qazi ailələrinə sovqatlar paylanılıb.

image-img-20210601-wa0002 image-img-20210601-wa0007 image-img-20210601-wa0003 image-img-20210601-wa0010 image-img-20210601-wa0015

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki