image-agstafa-eynalli-kendi-1backend

Eynallı kəndində sakinlərlə növbəti görüş keçirilib

image-reklam_sirab_01

Kənddə həlli vacib olan məsələlərlə bağlı vətəndaşların müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. RİH başçısının Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəadət Əliyevin son vaxtlar kənddə görülən işlərə dair məruzəsi dinlənilib. Bildirilib ki, son aylarda kənddə 3 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib, ümumilikdə 4 km uzunluğunda kənddaxili yollar hamarlanaraq xırlanıb, kəndin suvarma arxlarının lildən təmizləmə tədbirləri çərçivəsində ümumi uzunluğu 2 km təşkil edən hissələrində təmizləmə işləri həyata keçirilib. Hazırda kəndin 330 hektar ərazisinin suvarılmasını təmin edəcək daxili su kanallarının çəkilişi, kənd qəbiristanlığının daxilində və ətrafında aparılan abadlıq işləri davam etdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki