image-ba136542-cbce-45a5-b8a8-141711452934backend

“Fateh” İdman klubunun idmançıları uğur qazandı

image-reklam_sirab_01

Bakıda daha bir idman yarışı başa çatıb. Söhbət Kungfu üzrə kişilər arasında Azərbaycan kəməri yarışından gedir. Bu yarışda müxtəlif klublardan 10 çəki dərəcəsi üzrə 20 idmançı final mərhələsini profesional sanda versiyası üzrə döyüşərək öz məharətini göstərib. Bu yarışda “Fateh” İdman Klubunun idmançıları uğurla çıxış ediblər.

image-f3e1949d-8896-45db-91f4-cff3e9f4fe35

Fateh İdman Klubunun idmançıları  bu yarışa Elməddin Vəliyevin rəhbərliyi altında hazırlaşıblar. Klub yarışa 4 idmançı ilə qatılıb. 52 kq çəki dərəcəsində Nurlan Zeynəlzadə , 85 kq çəki dərəsində isə Tural Useynov Azərbaycan kəmərinin sahibi olublar. İdmançılarımızı bu uğurları münasibətilə təbrik edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki