image-2backend

Fəhlələri daşıyan avtobus qəzaya uğradı: 10-dan çox yaralı var

image-reklam_sirab_01

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki