image-1backend

“Fənərbağça” hücumçusunu satmaqdan imtina edib

image-reklam_sirab_01

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Yussuf En-Nesiri üçün 34 milyon avroluq transfer təklifini qəbul etməyib.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli hücumçunu heyətinə qatmaq istəyən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna mənfi cavab verib.

Qarşı tərəf 27 yaşlı forvard üçün “Fənərbağça”ya iki dəfə rəsmi müraciət ünvanlayıb. İlk dəfə 30, ikinci isə 34 milyon avro təklif olunsa da, Superliqa klubu futbolçunu satmaqdan imtina edib.

Qeyd edək ki, “Fənərbağça” Yussuf En-Nesirini ötən yay İspaniyanın “Sevilya” klubundan 19,5 milyon avroya transfer edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image