“Fənərbaxça” İspaniyanın “Real Madrid” klubunda çıxış edən mərakeşli futbolçu Brahim Diazu transfer hədəfləri siyahısına əlavə edib.
Vətəninfo.az xəbər verir ki, İstanbul təmsilçisi seçkilərdən sonra transfer fəaliyyətlərini sürətləndirib və heyəti gücləndirmək üçün bir sıra ulduz futbolçularla maraqlanır.
Bildirilir ki, “Fənərbaxça”nın futbol komitəsi yaxın vaxtlarda Brahim Diazın nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırır.
Eyni zamanda, “Real Madrid”in də heyətində dəyişikliklər etməyi nəzərdən keçirdiyi, klubun bəzi futbolçularla yolları ayırmaq ehtimalının gündəmdə olduğu qeyd olunur.
Məlumata görə, “Real Madrid” rəhbərliyi yay transfer dönəmində heyəti yeniləmək niyyətindədir və bu çərçivədə Brahim Diazın gələcəyi ilə bağlı qərarın da müzakirə oluna biləcəyi bildirilir.
Bildirilib ki, “Fənərbaxça” rəhbərliyi transfer prosesi ilə bağlı planlamalarını davam etdirir və baş məşqçi Joze Mourinyo da klub prezidenti Florentino Pereslə görüşlər keçirib.
Brahim Diazın “Real Madrid”lə mövcud müqaviləsinin 2027-ci ildə başa çatdığı xatırladılır.


























