“Real Madrid”in və Argentina millisinin sabiq futbolçusu Fernando Qaqo Argentina “Boka Xuniors”a rəhbərlik edib.
Vətəninfo.az xəbər verir ki, 38 yaşlı argentinalı mütəxəssis peşəkar futbolçu karyerasını 2020-ci ildə başa vurub.
2023-cü ilin dekabrından Meksika “Qvadalaxara”sının baş məşqçisi vəzifəsini tutub. Fernando Qaqo argentinalı “Rasinq”i də çalışdırıb.
Fernando Qaqo “Boka Xuniors”un yetirməsidir, o, “Roma” və “Valensiya”da da çıxış edib.
“Real”ın tərkibində o, ikiqat İspaniya çempionu (2007, 2009), 2008-ci ildə kubok və superkubokun qalibi olub.