image-1jbackend

FHN əməliyyat görüntüləri yayıb – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Binəqədi rayonu, Azadlıq prospektində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki