image-1backend

FHN əməliyyat görüntüsünü yayıb – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Vətəninfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü uşağı xilas ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki