image-2backend

FHN-in cüdo komandasının idmançıları Avropa birinciliyində uğur qazanıblar

image-reklam_sirab_01

5-8 sentyabr 2024-cü il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gənclər arasında cüdo üzrə Avropa birinciliyi keçirilib.

Vətəninfo.az xəbər verir ki, birincilikdə Avropanın 40 müxtəlif ölkəsindən 380-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in cüdo komandasının üzvləri məşqçi müəllim və İdman-sağlamlıq klubunun əməkdaşı mayor Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, komandanın üzvləri – +73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə və 81 kq çəki dərəcəsində Süleyman Şükürov beş döyüş keçirərək şəxsi və komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar.
Qaliblərə Avropa Cüdo Birliyinin diplom və medalları təqdim olunub.

Qeyd edək ki, Vüsal Qələndərzadə 2023-cü ildə gənclər arasında dünya çempionu, Süleyman Şükürov isə gənclər arasında bürünc medal mükafatçısıdır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev birincillikdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki