image-2backend

FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı penitensiar kompleksində əməkdaşlar üçün təlim keçirilib.

Vətəninfo.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd Penitensiar Xidmətin əməkdaşlarına fövqəladə hallar və yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.

Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, müəssisədə saxlanılan şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirib.

Təlimin sonunda əldə edilmiş nəticələr təhlil olunub, aidiyyəti üzrə tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki