Vətəninfo.az xəbər verir ki, Braziliyalı hücumçu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan Qətərin “Əl Sədd” klubuna 2027-ci ilə qədər müqavilə imzalayıb.
33 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi “Əl Əhli”yə keçib, burada 65 matçda iştirak edib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 5 milyon avro qiymətləndirir.