image-1backend

Flik “Barselona”da 3 milyon avro alacaq

image-reklam_sirab_01

Münhen “Bavariya”sının və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik yaxın günlərdə İspaniyanın vitse-çempionu “Barselona” ilə müqavilə imzalayacaq. Vətəninfo.az  AS nəşrinə istinadən xəbər verir ki, onun illik maaşı vergilər çıxdıqdan sonra 3 milyon avro olacaq.

Flik bir neçə gündür Barselonadadır. Onun müqaviləsi 2026-cı ilin iyun ayına qədər olacaq.

Bonuslar da planlaşdırılacaq. Çempionlar Liqası kubokunu qazanmaq üçün 1 milyon avro, La Liqa çempionluğu üçün 750 min avro mükafat veriləcək. Maliyyə problemlərinə görə Flikin məşqçilər korpusunda cəmi iki köməkçisi olacaq: Toni Tapaloviç və Markus Zorq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image