Barselonanın alman baş məşqçisi Hans-Dieter Flick İspaniya çempionatının 24-cü turunda Jironaya qarşı əldə olunan 1:2 hesablı məğlubiyyəti şərh edib.
Vətəninfo.az xəbər verir ki, Flik bildirib ki, birinci hissədə komanda çoxlu qol şansları yaradıb, lakin ikinci hissədə pis oynayıb və əks-hücumlar zamanı müdafiədə uğursuz olub:
“Rəqib qələbəyə layiq idi, çünki biz yaxşı deyildik və çoxlu səhvlər etdik. Hazırda nəsə bizim üçün işləmir. Əvvəlki oyun səviyyəmizə qayıtmalı və yenidən yaxşı oynamağa başlamalıyıq. Oyunçuların istirahətə ehtiyacı var. Bu, uzun bir yoldur, biz qayıdacağıq.”
Qeyd edək ki, məğlubiyyət nəticəsində Barselona 58 xalla turnir cədvəlində ikinci yerə düşüb və lider Real Madriddən 2 xal geri qalır.


























