Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike cari Fransa çempionat mövsümünün ən yaxşı məşqçisi mükafatını qazana bilməyib.
Vətəninfo.az xəbər verir ki, Peşəkar Futbolçuların Milli Birliyinin (UNFP) məlumatına görə, ən yaxşı məşqçi “Lens”in məşqçisi Pyer Seycdir. O, səsvermənin son turunda Luis Enrike, Paulo Fonseka (Lion), Bruno Genesio (Lill) və Olivye Pantalonini (Lorient) geridə qoyub.
Seycin rəhbərliyi altında “Lens” Fransa çempionatında 32 oyunda 67 xal toplayıb və ikinci yerdədir. PSJ-nin 73 xalı var. Mayın 13-də “Lens” və PSJ milli çempionatın 29-cu turundan təxirə salınmış matçda qarşılaşacaqlar.


























