image-bez-nazvaniyabackend

Fransa Senatının absurd qətnaməsinə Milli Məclisin qəbul etdiyi sərt bəyanat bizim vahid siyasi mövqeyimizi göstərir

image-reklam_sirab_01

Fransa Senatının qəbul etdiyi absurd, anti-Azərbaycan qətnaməsi mövzusuna keçməmişdən əvvəl bəzi tarixi faktlara nəzər salmaq istərdim.

Tarixə nəzər salsaq, II Dünya Müharibəsinin yekunu olaraq, Almaniyanın kapitulyasiya sənədini imzalayan Alman generalları, sənədin imzalanması mərasimində Fransa hökumətinin təmsilçilərini görəndə, generallardan biri təəccüblənərək soruşur: “biz fransızlara da uduzmuşuq ?!”

Bəli, 1945-ci ilin sonu üçün dövlətçiliyi olmayan Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri kimi BMT-yə qatıldı. Bu da ona görə baş tutdu ki, Stalin və Ruzvelt Almaniyanı gələcəkdə yarada biləcəyi ambisiyalarından saxlamaq istədi və Fransa bu məsələdə Avropada siyasi balansı qorumaq üçün bir vasitə olacaqdı. Məhz bu səbəbdən, Fransanı “canlandırdılar” və bu ölkə BMT TŞ-yə üzv oldu.

Digər bir xatırlatma, bir müddət öncə Türkiyə prezidenti R.T. Ərdoğan çıxışında bildirdi ki, BMT TŞ-nın hazırki arxitekturası dünyada olan reallıqları əks etdirmir və ona yenidən baxılmalıdır. Düşünürəm ki, BMT TŞ-nın tərkibinə yenidən baxılarsa, bu qurumdan çıxmağa namizəd olan ölkə Fransa olmalıdır. Çünki, Fransanın iqtisadi, siyasi və hərbi nüfuzu bu ranqa uyğun deyil.

Bunları deməyim təsadüfi deyil. Bu gün elə bir vəziyyətlə üzləşirik ki, Fransanın xarici siyasəti bu dövlətin real imkanlarına uyğun olmayan şəkildə siyasət aparır. Fransanın ambisiyaları onun real çəkisi ilə üst-üstə gəlmir. Məhz bu səbəbdən də Fransa öz xarici siyasətində ciddi səhvlər buraxır. Yaxşı olardı ki, Fransa mədəniyyətin təbliği məsələsinə qayıtsın, beynəlxalq siyasət, xüsusilə də digər ölkələrin daxili işlərinə qarışmaq işindən əl çəksin.

Digər bir məsələ odur ki, Fransa Senatı məlum qətnaməyə demək olar ki, yekdilliklə səs verib. Bu onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Fransa siyasi elitasında partiyadaxili siyasi razılıq var. Bunun səbəbi nədir? Anti-Azərbaycan mövqeyi ilə Ermənistanı dəstəkləmək və ya Türkiyənin əleyhinə çıxış etməkdir? Düşünürəm ki, hər iki faktor var.

Fransa Senatının bu absurd və qərəzli qətnaməsinə Milli Məclisin qəbul etdiyi sərt bəyanat ciddi siqnaldır və bizim də vahid siyasi mövqeyimizi göstərir. Əminəm ki, Milli Məclisin bəyanatının altında hər bir vətəndaşımız imza atmağa hazır olar. Müəyyən konyuktura üçün bütün Azərbaycanı öz əleyhinə çevirərək Fransa nə özünə, nə də Ermənistana kömək etmir. Fransa regionumuzda sülhün bərqərar olmasını istəmədiyini göstərir. Fransa bu yolla Ermənistana kömək etmir. Ona görə hesab edirəm ki, Fransanın irqçi, türkofob və islamofob siyasəti tək Azərbaycan yox, həmçinin Türkiyə əleyhinə yönəlib.

Nigar Arpadarai

Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki