image-96701472-ed73-35bc-8a47-568ed01bf717_850backend

Fransada parlamentdən yan keçərək büdcə qəbulu qərarını qeyri-demokratik adlandırıblar

image-reklam_sirab_01

Fransa hökuməti Milli Assambleyada səsvermə olmadan gələn ilin büdcəsini qəbul etmək üçün xüsusi səlahiyyətlərindən istifadə etməyə hazır olduğunu bildirib.

Söhbət Fransa Konstitusiyasının 49.3-cü maddəsindən gedir ki, bu da Baş nazirə bir sıra hallarda, xüsusən də büdcə ilə bağlı qanun layihələrinin parlamentdə təsdiqinə müraciət etməməyə imkan verir.

Qeyd olunub ki, Prezident Emmanuel Makronun mərkəzçi koalisiyası iyun seçkilərində parlamentdə çoxluğunu itirərək qanun layihələrinin təsdiqlənməsi prosesini hökumət üçün çətinləşdirib.

Müxalifət partiyaları hökumətin 49.3-cü maddəyə istinad etmək qərarını “qeyri-demokratik” adlandırıb və hökumətə etimad səsverməsinə çağırıb.

Lakin Fransa mediasına görə, belə bir səsvermə zamanı hökumətə etimadsızlıq səsverməsi çox güman ki, qəbul edilməyəcək, çünki bunun üçün parlamentarilərin 289 səsi lazımdır. Solçuların ən böyük müxalifət koalisiyasının cəmi 151 mandatı var.

Fransada bu maddə 1958-ci ildən bəri 87 dəfə istifadə olunub, Makronun prezidentliyi dövründə isə artıq 2020-ci ildə pensiya islahatı qanun layihəsi üçün istifadə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki