image-243e590e-d071-3845-ae9a-a2dbbf88a840_850backend

Fransanın Qrand Est bölgəsi dəmir yolu xətlərinin bir hissəsini bağlaya bilər

image-reklam_sirab_01

Fransanın Qrand Est bölgəsi dövlət elektrik enerjisinin bahalaşmasını kompensasiya etməkdən imtina edərsə, dəmir yolu xətlərinin bir hissəsini bağlaya bilər.

Bu barədə “Le Figaro” qəzeti regional şuranın rəhbəri Jan Rottnerin bəyanatına istinadən yazıb.

“Bir çox bölgə rəhbərləri deyirlər ki, nə vaxtsa kompensasiya forması tapılmasa, zərərlə işləyəcəyik. Başqa sözlə, biz açıq şəkildə xətləri bağlamalı olacağıq. 2024-cü ildə ödənişlərin 8%-i əlavə olaraq regionların payına düşəcək. Burada dayan deyirik, daha bunu edə bilmərik”-deyə, o bildirib.

Qeyd edək ki, Fransada işçilərin etirazları davam edir. Belə ki, “Total” və “Exxon” şirkətlərinin üç neft emalı zavodunun işçiləri Fransanın bir sıra regionlarında tətil keçirib, bundan sonra ölkədəki yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb. Hazırda ölkədə yanacaqdoldurma məntəqələrinin 20%-dən çoxu təchizat problemləri səbəbindən yanacaqsızdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki