image-1backend

Futbol dahisi karyerasını bitirdi

image-reklam_sirab_01

“Barselona” və İspaniyamillisinin  sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar idman karyerasını bitirmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Qəzetin məlumatına görə, İnyesta bunu oktyabrın 8-də açıqlamaq niyyətindədir.

Xatırladaq ki, idmançının artıq 39 yaşı var. O, 1996-2018-ci illərdə “Barselona”da çıxış edib. 674 futbol matçında iştirak edib. O, 57 qol vurub, 136 effektiv ötürmə edib. O, 134 matçda iştirak etdiyi, 26 qol vurduğu və 25 effektli ötürmə verdiyi Yaponiyanın “Vissel Kobe”sində də oynamağı bacarıb. İnyestanın son klubu BƏƏ-nin “Emireyts”i olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki