image-46backend

Futbol ictimaiyyətinin şəhidləri anılıb

image-reklam_sirab_01

Azərbaycan İstiqlal Muzeyində “Qəhrəmanlar Can Verir, Yurdu Yaşatmaq üçün” adlı layihənin növbəti sərgisi keçirilib.

Veteninfo.az-ın məlumatına görə, məqsəd 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliğindən ibarət olub. Budəfəki tədbir futbol cameəsinə həsr olunub.

Əvvəlcə Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən danışılıb. Qonaqlar Vətən müharibəsində iştirak etmiş və şəhidlik zirvəsinə yüksəlmiş “Forza Neftçi” fan-klubunun üzvləri – şəhid mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə, əsgər Afiq Qulamlı, “Keşlə”nin azarkeşi olmuş XTQ baş kəşfiyyatçısı İsrayıl Cəfərzadə və “Zirə”nin futbolçusu olmuş şəhid 19 yaşlı İlqar Bürcəliyəvə həsr olunan sərgi ilə tanış olublar.

Sərgidə şəhidlərin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş etdirilib. Tədbirdə şəhid ailələri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin əməkdaşları, AFFA, “Forza Neftçi”, “Keşlə” və “Zirə” klublarının əməkdaşları, digər qonaqlar iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki