image-1backend

Futbolçu küçənin ortasında qarət edildi

image-reklam_sirab_01

Fransanın Korbay-Esson şəhərində “Monako” futbol klubunun on səkkiz yaşlı futbolçusu Corc İlenikenə hücum və qarət edilib.

Vətəninfo.az xəbər verir ki. bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Hadisə idmançının məclisi tərk etdiyi zaman baş verib. Gənc idmançı yaxın dostu ilə maşında əyləşərkən bir qrup şəxsin hücumuna məruz qalıb. Hücum edənlərin sayı dörddən çox olub. Onlar silahlı idilər. Oğrular idmançının bahalı ayaqqabılarını, smartfonunu və avtomobilinin açarlarını götürüblər. İleniken xəsarət almayıb. Polis oğruları axtarır. Təhqiqat yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılır.

Xatırladaq ki, İleniken ötən ildən “Monako”da çıxış edir. Bu mövsüm başlayandan o, 11 matçda iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image