image-rahide-ismixanovabackend

Füzuli rayonunun işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir!

image-reklam_sirab_01

 

Vətən müharibəsi Azərbaycan tarixi üçün bir oyanış oldu. Bu oyanış tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bir il bundan əvvəl Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətlə apardığı mübarizə Qarabağda yenidən həyatın başlanmasının əsasını qoydu.

Prizedentimiz İlham Əliyevin 2021-ci il 17 oktyabr tarixində Füzuli rayonuna səfəri bu regionun strateji əhmiyyətə malik olduğuna əyani sübutdur. Burada onun Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və regionun ziyalıları ilə apardığı söhbət, verdiyi tövsiyələr Qarabağın gələcək perespektivlərinin daha böyük olacağından xəbər verirdi. Onun məhz 2021-ci il 17 oktyabrda yəni, Füzulinin bir il bundan əvvəl işğaldan azad olunduğu gündə səfər etməsi də böyük siyasi əhəmiyyət daşıyırdı. Füzuli rayonunda aparılacaq yenidənqurma işləri barədə edilən təqdimatlar Prezidentin bu şəhərə gələcəkdə də xüsusi diqqət ayıracağından xəbər verirdi.

Niyə məhz Füzuli?! Çünki bu şəhər təkcə Qarabağ üçün yox, ümumilikdə Azərbaycan üçün böyük strateji əhəmiyyət kəsb edir. Burada bir il ərzində böyük bir beynəlxalq səviyyəli hava limanının tikilməsi də təsadüfi deyildi. Bəli! Erməni mənfurlarının Qarabağı işğal edərkən bu bölgədə xüsusi istehkamlar qurması bu ərazinin onlar üçün də nə qədər əhəmiyyətli olduğunu sübut edirdi. Füzuli rayonunun azad edilməsi Qarabağın baş tacı olan Şuşa şəhərini azad etmək üçün geniş imkanlar açdı. Müharibənin ilk günlərində, yəni, 2020-ci il sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndləri düşmən tapdağından azad edilmişdir. Azərbaycanın Zəfər missiyası, məhz Füzuli rayonundan başladı. Rəşadətli ordumuz Cəbrayıl və Hadrutdan sonra 3-cü böyük yaşayış məntəqəsi hesab olunan Füzulidə qurulmuş düşmən istehkamlarını düşmənin məzar yerinə çevirdi. Mənfur düşmənin ayaq izləri bu torpaqlardan təmizləndi.

Azərbaycan ordusunun azadetmə əməliyyatları bir çox erməni havadarlarını narahat etməyə başladı. Bu narahatlıq həm işğal dövründə, həm də işğaldan sonrakı dövrdə də müşahidə olunurdu. Qarabağ talan və yerlə yeksan olunanda, bütün yaşayış məntəqələri məhv ediləndə haqq ədalət naminə səsini çıxarmayanların qurumuş nitqləri, kor olmuş gözləri açıldı, müxtəlif bəyanatlar verərək haqq mübarizəmizə qara yaxmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışdılar. Bütün bunlara baxmayaraq Azərbyacanı heç bir qüvvə, heç bir maneə dayandıra bilmədi. Ali Baş Komandanın iradəsi, xalqımızın onun ətrafında sıx birləşməsi, rəşadətli ordumuzun şücaəti bizi qələbədən -qələbəyə apardı.

İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyildir. Çünki xalqımız nə üçün və nədən ötrü mübarizə apardığını çox yaxşı bilirdi. Bizi döyüşdən döyüşə, qələbədən qələbəyə aparan məhz o idi.

“Mən nəyin necə, nə zaman olacağını çox gözəl bilirəm” söyləyən Ali Baş Komandanın uzaqgörənliyi və şanlı ordumuzun qəhramanlığı səyəsində düşmən ordusu darmadağın edilmişdir. Füzuli şəhəri və bir neçə kəndi işğalçılardan azad edilmişdir. Uzun bir fasilədən sonra Füzulidə Azərbaycan bayrağını qaldıran ordumuz Azərbaycan dövlətinin bu ərazidə öz suveren hüququnu bərpa etmişdir.

Bu gün işğaldan azad edilən ərazilərimizdə görülən işlər, qarşıya qoyulan məqsədlər qələbənin dadıdır, zəfərin təntənəsidir. Azərbaycanın yalnız hərbi- siyasi, diplomatik deyil, həm də iqtisadi gücünün bariz sübutudur.

Suraxanı rayonu, Səməd Abdullayev adına

290 №-li tam orta məktəbin direktoru Rahidə İsmixanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki