image-reklam-veteninfo
image-1779277468_00backend

Gəncəbasarın vahimə yaradan sakini müşahidə kamerasına düşüb

image-reklam-veteninfo

Gəncə yaxınlığında yerləşən Axar-Baxar Milli Parkında ayı müşahidə kamerasına tuş gəlib.

Vətəninfo.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parkda qeydə alınan təbiət görüntülərini ictimaiyyətlə bölüşüb. Görüntülərdə park ərazisində hərəkət edən ayı da əks olunub.

Qeyd edək ki, Axar-Baxar Milli Parkı ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Milli park Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11 113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7 000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5 788,43 hektar olmaqla, ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki