image-3677aac7-1816-36e2-88da-7c3794b80ced_850-1backend

Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb

image-reklam_sirab_01

Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.

Veteninfo.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Tekstilni” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki