Gəncə şəhərində sakinlərdən birinə məxsus mənzildən dəyəri 3375 manat olan müxtəlif məişət əşyaları oğurlanıb.
Vətəninfo.az xəbər verir ki, Gəncə Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən P. Məhərrəmov, N. Rəhmətulin, H. Hüseynov, S. Abbasov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.