image-aniskinbackend

Gennadi Anaşkin Muradovla birlikdə Karapetyanla görüşdü

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan şənbə günü Rusiya nümayəndə heyəti – general -leytenant Rüstəm Muradov, general -leytenant Gennadi Anaşkin və general -mayor Mixail Kosobokov ilə görüşüb.

Ermənistan mediasının xəbərinə görə,görüş iştirakçıları Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndiriblər və  Rusiyanın Azərbaycanın Xankəndi şəhəri və digər ərazilərində yerləşdirilmiş sülhməramlı missiyasının səmərəli fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

Məlumata görə, Cənub Hərbi Dairəsi komandirinin müavini general-leytenant Rüstəm Muradov Azərbaycanın Xankəndi şəhərində yerlə.ən sülhməramlı kontingentinin yeni komandanı, general-leytenant Gennadi Anaşkini təqdim edib. Ermənistanın müdafiə naziri Anaşkini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona sülhməramlı missiyasında uğurlar arzulayıb.

Karapetyan, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Mixail Kosobokova xidmətinə görə təşəkkürünü bildirib və ona daha da uğurlar arzulayıb.

Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib və Rusiyanın sülhməramlı missiyasının səmərəli fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi də aparıblar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki