Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Yeni binalar yaşayış masivvində qeydə alınıb.
1992-ci il təvəllüdlü Məhəmmədli Kənan Nəzər oğlu boyun nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Fakla bağlı araşdırma aparılır.