image-6220584f76a656220584f76a66164628692726318ea1c715efc9e2142cc62c2aac77backend

Göyçayda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

image-reklam_sirab_01

Göyçay rayonunda bıçaqlanma hadisəsi törədən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayonun Kürdəmiş kənd sakini Zahir Həsənova bıçaqla xəsarət yetirən şəxsin həmkəndlisi Ramazan Zeynalov olduğu müəyyən olunub. O, polis şöbəsinə gətirilərək izahatı alınıb.

Qeyd edək ki, bıçaq yarası alan Zahir Həsənov və yıxılaraq xəsarət aldığı deyilən atası Zaur Həsənov Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki