image-reklam-veteninfo
image-621dd1e3b3112621dd1e3b31131646121443d74572bfbe32a1de3c01431293dd533cbackend

Göyçayda qızın qaçırılmasına görə ata və oğul tutulub

image-reklam-veteninfo

Göyçayda qız qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.
Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki