image-reklam-veteninfo
image-1backend

Göygöldə V Milli Yaylaq Festivalına start verilib

image-reklam-veteninfo

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalı başlayıb.

Festival ənənəvi olaraq bu il beşinci dəfə təşkil olunur.

Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.

Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil ediləcək. Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu “Yaylaq süfrəsi” festival iştirakçılarının ixtiyarına veriləcək.

Qeyd edək ki, V Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi iyulun 25-də keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki