image-1backend

Gözə şəfa verən Şəfa həkim

image-reklam_sirab_01

Redaksiyamıza Azərbaycan Jurnalistlər Birliyinin üzvü,veteran jurnalist Məzahir Həsənovun Mərkəzi Neftçilər Xəstəxanasının həkim-oftomoloqundan razılıq ifadə edən təşəkkür məktubu daxil olmuşdur.

Təşəkkür məktubunda deyilir -Sizə ünvanladığım bu təşəkkür məzmunlu məktubda uzun illər rəsmi dövlət mətbuatında çalışmış bir jurnalistin səmimi və qəlbindən gələn fikirləri öz əksini tapmışdır.
Mən uzun müddət idi ki,görmə qabiliyyətimin sürətlə zəifləməsi problemindən əziyyət çəkirdim.Tibbi müdaxilənin vacib olduğunu bildiyim üçün şəhərimizdəki tibb ocaqlarında fəaliyyət göstərən oftolomoqların hansına müraciət etməkdə tərəddüdüm var idi.İnsana əz vacib olan gözü ustalarına etibar etmək kimi mentalitetimiz olduğunu nəzərə alsaq axtarışlarım xeyli müddət çəkdi.Bu fikir ölkəmizdə savadlı ,təcrübəli,peşəkar oftolomoqların azlığı anlamına gəlməsin.Biz insanıq və belə fikirlərə düşə bilirik. Eyni zamanda tibbi sığortaya daxil olan bu əməliiyatın baş tutaması üçün axtarışlarım zaman bəzi xəstəxanalarda sığorta zərfinə aid olmayan istəklər də tərədüdümdə mühüm rol oynayırdı.
Çoxsaylı vətəndaş məsləhətləri məni Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış həkim- oftomoloqu Şəfa Hacıyevaya müraciət etməyə inandıra bildi.Çox şadam ki, seçimimdə yanılmamışam.Şəfa xanım sozün həqiqi mənasında biz xəstələr üçün şəfa mənbəyi olduğunu həm vətəndas münasibətlərində, həm də xəstəyə qayğı və diqqətində əyani sübut etməyi bacaran bir tibb işçisi kimi böyük rəğbətimizi qazanmışdır.Şəfa xanım mənim göz müayinəmi dəqiqliklə həyata keçirəndən,tibbi məsləhətlərini verəndən sonra cərrahi müdaxiləni də uğurla başa çatdırdı.İndi dünya gözü ilə hər rəngi,hər gözəlliyi rahatlıqla görmək qismətimiz oldu.Mənim gözümə yeni həyat verən peşəkar həkim Şəfa Hacıyevanın zəhmətinə verə biləcəyim tək şey isə ona sonsuz minnətdarlığımdır.
Mən həkim oftomoloq Şəfa Hacıyevanın ali keyfiyyətləri barədə uzun -uzadı yazmaq niyyətində deyiləm.Çünki, o işinin peşəkarıdır,zəhmətkeşdir,təmsil etdiyi sahəyə ancaq hörmət gətirən bir təbibdir.
Mən eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə,onun tibbi personalına da minnətdarlığımı bildirmək istəyirəm.Vətəndaş məmmunluğunun yüksək səviyyədə təmin olunması idarəetmənin düzgün qurulmasından asılıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image