image-reklam-veteninfo
image-timthumb-1backend

Gürcüstan Rusiyadan donuz əti idxalını artırıb

image-reklam-veteninfo

Gürcüstan Rusiyadan donuz əti idxalını əhəmiyyətli dərəcədə artırıb.

Vətəninfo.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, avqust ayında Rusiyadan ölkəyə donuz əti tədarükünün dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 4,7 dəfə artaraq 906 min dollara çatıb.

Müqayisə üçün, avqust göstəricisi iyul ayı ilə müqayisədə də 1,5 dəfə çoxdur. Bu, ilin əvvəlindən bəri Rusiyadan Gürcüstana donuz əti idxalı üzrə qeydə alınan ən yüksək aylıq göstəricidir.

Bununla belə, cari ilin ilk səkkiz ayında Gürcüstanın Rusiyadan donuz əti idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azalaraq 4,85 milyon dollar təşkil edib.

Rusiya Gürcüstanın donuz əti üzrə ikinci ən böyük tədarükçüsüdür. İlk sırada 5,4 milyon dollar göstərici ilə Braziliya qərarlaşıb.

Gürcüstan həmçinin İspaniyadan 182 min, Almaniyadan 85 min və Argentinadan 44 min dollar dəyərində donuz əti idxal edib.

Məlumata görə, avqust ayında Gürcüstan Rusiyadan 241 min dollar dəyərində quş əti və quşçuluq məhsulları da idxal edib. Bu, ötən ilin noyabrından bəri ən yüksək aylıq göstəricidir.

İlin ilk səkkiz ayında Rusiyadan Gürcüstana quş əti və quşçuluq məhsullarının idxalı 1,2 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 8 faiz azalma deməkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki