image-reklam-veteninfo
image-1backend

Hacı Əliyevə vəzifə veriləcək

image-reklam-veteninfo

Azərbaycanın tanınmış və titullu veteran sərbəst güləşçisi Hacı Əliyevə tezliklə vəzifə verilə bilər.

Dördqat Avropa və üçqat dünya çempionu olan əfsanə Azərbaycan Güləş Federasiyasında çalışacaq. Onun yaxın vaxtlarda milli komandalarla bağlı bir vəzifəyə təyin ediləcəyi gözlənilir.

Bununla bağlı müzakirələr federasiya daxilində aparılıb. Yaxın vaxtlarda rəhbər heyət tərəfindən yekun qərar veriləcək.

Qeyd edək ki, Hacı Əliyev 2024-cü ildə 33 yaşında Paris Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. O, xalça üzərində yuxarıda sadaladığımız qızıl medallarla yanaşı, olimpiadalarda 2 medal qazanıb. Rio-2016-da “bürünc”ü, 4 il sonra Tokioda “gümüş”ü boynundan asıb. Eyni zamanda, Avropa Oyunlarında 2 medal qazanıb (Bakı-2015 bürünc, Minsk-2019 qızıl).Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki